Accessibility links

Barak Obama Ağ Evdə yenidən and içib


ABŞ prezidenti Barak Obama çərşənbə günü Ağ Evdəinaqurasiya mərasimində yol verilən səhvlərin düzəlişi məqsədi ilə yenidən and içib. Ağ Evin bəyanatında deyilir ki, yenidən andiçmə hədsiz ehtiyatlılıq üzündən keçirilib. Prezident vəzifəsini Barak Obama İraq və Əfqanıstan müharibələrinin müzakirəsi ilə başlayıb. O, ABŞ qüvvələrinin 16 ay ərzində İraqdan çıxarılması və Əfqanıstandakı əsgəri qüvvələrin sayını ikiqat artırmağa çalışır. İqtisadiyyata gəldikdə isə president Obama yeni iş yerlərinin açılmasına xidmət edəcək 800 milyard dollarlıq xilas paketinin təsdiqinə çağırır.Barak Obama Ağ Evin yüksək vəzifəli işçilərinin maaşlarının donduurlmsına göstəriş verərək, insanların pullarına qənaət etdiyi kimi Vaşiqntonun da eyni işi görməli olduğunu deyib.

XS
SM
MD
LG