Accessibility links

Şimali Koreya Cənubi Koreya ilə bütün siyasi və hərbi razılıqları ləğv edib


Şimali Koreya Cənubi Koreya ilə bütün siyasi və hərbi razılıqların ləğv edildiyini bəyan edib. Bəyanat Cənubun amerikayönümlü prezidenti Li Myun Baka qarşı təhdidlərin sonuncusudur. Koreyanın Mərkəzi Xəbər Agentliyi bəyanatı bu gün yayaraq,Şimali Koreyanın Çənubla əldə edilən razılıqlara riayət etməyəcəyini bildirib. Bəyanatda Cənubi Koreya iki ölkəni müharibəyə sürükləməkdə ittiham edilir.

Şimalın Koreyanın Dinc Yunifikasiyası Komitəsi PxenyanınSarı dəniz sərhəd razılığını da qüvvədən saldığını bildirib. Həmin sərhədlərAmerikanın başçılığı ilə BMT tərəfindən Koreya müharibəsinin sonunda müəyyən edilmişdi.


XS
SM
MD
LG