Accessibility links

Rusiya ilə Kuba arasında müxtəlif sahələrdə razılıqlar əldə edilib


Rusiyanın baş naziri Vladimir Putin Kuba prezidenti Raul Kasrto ilə əldə edilən razılıqların tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini deyib. Cənab Putin razılıqların maliyyə və kredit məsələləri, gəmiqayırma və QLONASS adlı sistemin birgə inkişaf etdirilməsinin əhatə etdiyini deyib. Rusiya eləcə də, Cubadakı ərzaq böhranının həllinə yardım məqsədi ilə bu ölkəyə 25 min ton taxıl göndərəcəyinə söz verib. Rusiyanın xəbər agentlikləri kredit razılıqlarına əsasən Cubanın Rusiyadan sənaye və kənd təsərrüfatı təchizatı əldə etməsi üçün Havanaya müxtəlif kreditlər ayrıldığını bildirir.

XS
SM
MD
LG