Azərbaycanın Apelyasiya Məhkəməsi
həbsdə olan jurnalist Mirzə Sakitin vaxtından əvvəl azadlığa buraxılması müraciətini
rədd edib. Məhkəmə əvvəlki hökmu Mirzə
Sakitin günahını etiraf etmədiyinə görə qüvvədə saxlayıb.
Jurnalist 2006-cı ildə narkotiklərdən istifadə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə 6 ay qalan 'Azadlıq' qəzetinin müxbiri Mirzə Sakit bu ittihamları rədd edir. Beynəlxalq insan haqları qrupları Azərbaycan prezidenti İlham Əliyevi azad mətbuata təzyiqlərə görə tənqid edir.