Ermənistan
xarici işlər naziri Edvard Nalbandyanın sözlərinə görə, Yerevan və Ankara
münasibətlərin normallaşdırmağa yaxındır. Nalbandyan bu gün Münhendə
təhlükəsizlik konfransında Türkiyəli həmkarı Əli Babacanla görüşündən sonra
açıqlama verib. O, danışıqları məhsuldar adlandırıb. Bu görüş, Ermənistan
prezidenti Serj Sarkisyan və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan;n
İsveçrədə görüşündən bir həftə sonra keçirilib. Ermənistan prezidenti deyib ki,
hər iki lider xarici işlər nazirlərinə başlıca problemləri həll etməyə səy
göstərmək barədə tapşırıq verib.