Accessibility links

Qırğızıstan parlamenti ABŞ-ın hava bazasının bağlanması barədə planı təsdiq edib


Qırğızıstan parlamenti Birləşmiş Ştatların Mərkəzi Asiyadakı hava bazasının bağlanması barədə planı təsdiq edib. Parlamentin bu qərarı səsvermə yolu ilə bu həftə qəbul edəcəyi gözlənilir. Parlamentin Müdafiə Komitəsi bu gün hökumətin Əfqanıstandakı ABŞ və NATO qüvvələrini hərbi təchizatla təmin edən Manas Hava Bazasının bağlanması barədəki qərarını dəstəklədiyini bildirib. Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, hökumətManasda koalisiya qüvvələrinin yerləşməsi barədə razılıqları ləğv edən yeni sənədi parlamentə bu gün göndərəcək. Qazaxıstanın Xarici İşlər Nazirliyi isə bildirib ki, onun ölkəsi ərazilərindən ABŞ-ın Əfqanıstana qeyri-hərbi ləvazimatlar daşımasına icazə verə bilər.

XS
SM
MD
LG