Accessibility links

Ərdəbildə 3 qardaş həbs olunub


Ərdəbildəki mənbələrin verdiyi məlumata görə, şəhərin təhlükəsizlik orqanlarının əməkdaşları bir ailənin 3 övladını həbs edib.Yayılan xəbərlərə görə, fevralın 5-də Ərdəbil Universitetinin azərbaycanlı tələbəsi Məhəmməd Sadiqəsl işlədiyi “Savalan” fabrikində həbs olunub. Onun qardaşları Ramin və İbrahim isə Ettelaat əməkdaşlarının onların Ərdəbil şəhərindəki evinə hücumu zamanı nəzarətə alınıblar. Təhlükəsizlik orqanlarının əməkdaşları həm də evdə axtarış apararaq, Sadiqəsl qardaşlarına aid olan kitablar, jurnallar, disklər və qardaşların şəxsi komputerlərini özləri ilə aparıblar. Qardaşların harada saxlandıqları və hansı ittiham əsasında həbs olunduqları barədə açıqlama verilmir.

XS
SM
MD
LG