Accessibility links

‘Beynəlxalq Ana Dili’ günü  və İrandakı azərbaycanlıların tələbləri


21 fevral “Beynəlxalq Ana Dili” günüdür. BMT-nin elm, təhsilmədəniyyət üzrə təşkilatı - YUNESKO öz bəyanatında, dövlət və hökümətləri xalqlar və azlıqların öz ana dillərində təhsil almasına şərait yaratmağa çağırıb. Uzun illərdən bəri müxtəlif aksiyalar keçirməklə, öz ana dilində təhsil haqlarının təmin olunmasını istəyən İrandakı azərbaycanlılar bir sıra dinc aksiyalara və internetdə imza toplama kampaniyalarına əl atıblar. Müxtəlif mənbələrin bildirdiyinə görə, ana dilində təhsil hüququnun təmin ediməsinə çağıran bu kampaniyaya artıq minlərlərlə azərbaycanlı qoşulub.
“Azərbaycan Tələbə Hərəkatı” və “Tehran Universitetlərinin azərbaycanlı tələbələri” isə İranda Azərbaycan türkcəsinin dövlət dili elan olunmasına çağıran bəyanat yayıblar. Azərbaycanlı tələbələrin bildirdiyinə görə, Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinə və İran konstitutsiyasına uyğun olaraq İranda Azərbaycan türkcəsinin sıxışdırılması dayandırılmalı və Azərbaycan dili rəsmi dövlət dili elan olunmalıdır. Bəyanatlarda qeyd edilir ki, İran Konstitutsiyası İrandakı xalqların ana dilində təhsil haqqını tanıyır və bütün xalqların hüquq bərabərliyinin təmin olunmasını təmin edir.
“Beynəlxalq Ana Dili” günü münasibəti ilə İran azərbaycanlılar yaşayan şəhərləri və bölgələrində bir sıra başqa hərəkətlərə də cəhd edilib.
Təbrizdə, uşaqlara “Ana Dili” gününü təbrik edən hədiyələr paylanıb. Şəhərdə və xüsusilə Təbriz Universitetində Azərbaycan türkcəsinin rəsmiləşdirilməsini tələb edən vərəqlər və bəyanatlar paylanıb.
Azərbaycanın başqa şəhərlərində, o cümlədən, Ərdəbil, Zəncan,Urmiyə, Xoy, Salmas, Nəqədə-Sulduz, Əhər, Meşgin və başqa yaşayış məntəqələrində, üzərində “ Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Su deyibdir mənə əvvəldə anam, “Ab” ki yox!” yazılmış on minlərlə vərəqə və bəyanat yayılıb. Bununla yanaşı, azərbaycanlıların kompakt yaşadığı paytaxt Tehranda da oxşar vərəqələr yayılıb. Azərbaycanlıların kütləvi etirazlarının qarşısını almaq məqsədi ilə Ərdəbil, Təbriz və Urmiyə kimi bir sıra böyük şəhərlərdə təhlükəsizlik qüvvələrinin gücləndirilmiş iş vəziyyətinə gətirildiyi bildirilir. Ettelat orqanlarına çağırılaraq bəzi tanınmış fəallara isə hər-hansı aksiyaya imkan verilməyəcəyi barədə əvvəlcədən xəbərdarlıqlar edilib.
XS
SM
MD
LG