Accessibility links

Mixail Xodorkovski Sibir həbsxanasından Moskvaya köçürülüb


Rusiyanın sabiq neft maqnatı Mixail Xodorkovski maliyyə cinayəti ittihamı üzrə yeni məhkəmə araşdırması üçün Sibir həbsxanasından Moskvaya köçürülüb.

Moskva Şəhər məhkəməsinin sözçüsü Anna Usaçova köçürülmə barədə məlumatı təsdiqləyib.

O deyib ki, Xodorkovskinin həmkarı, fəaliyyəti dayandırılmış Yukos şirkətinin rəhbəri Platon Lebedev də yeni ittihamla əlaqədar araşdırmaya cəlb olunmaq üçün Moskvaya köçürülüb.

Məhkəmə sözçüsünün məlumatına görə, proses martin 3-də başlayacaq.

XS
SM
MD
LG