Accessibility links

Obama administrasiyası İraqdan hərbi qüvvələrin çıxarılmasına dair planı açıqlamağa hazırlaşır


Birləşmiş Ştatlar administrasiyasının Amerika əsgərlərinin bir hissəsinin İraqdan çıxarılması haqda qərarı açıqlayacağı gözlənilir.ABŞ-ın vitse-prezidenti Co Bayden müsahibəsində deyib ki, prezident Obama kampaniya dövrü dair verdiyi vədə əməl edərəkhərbi qüvvələrin çıxarılmasına dair planın detallarını açıqlayacaq.Prezident seçki kampaniyası zamanı cənab Obama ABŞ hərbi qüvvələrinin İraqdan 16 müddətinə çıxarılmasını istədiyini demişdi. Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin bildirdiyinə görə, cənab Obamanın 19 ay müddətində hərbi qüvvələrin çıxarılmasını planını elan etməsi gözlənilir.Rəsmiləri 40 min əsgərin İraq hərbi qüvvələrinə təlim vermək üçün İraqda qalacağını deyiblər.Keçən il Birləşmiş Ştatlar və İraq arasında təhlükəsizliyə dair razılığın şərtlərinə görə, Amerikanın İraqda düyüşən qüvvələrinin hamısı ölkədən 2011-ci ilə qədər çıxarlmalıdır. İraqda hazırda 142 min Amerika əsgəri var.

XS
SM
MD
LG