Cənubi
Koreya prezidenti Li Myunq-bak Şimali Koreyanı nüvə proqramına son qoymağa və
Seulla danışıqlar masasına qayıtmağa səsləyib.
Bu gün koreyalılıarın yapon kolonial hakimiyyətinə qarşı üsyanının 90-cı
ildönümündə cənab Li deyib ki, Şimali Koreyanı atom bombaları və ya raketlər
yox, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq qoruya bilər. ABŞ və Cənubi Koreya rəsmiləri deyirlər ki, Şimali
Koyrea Alyaska ştatına çatmaq imkanına malik olan raketi sınaqdan keçirməyə
hazırlaşır. Pekində Çin baş naziri Ven
Ciabao ilə görüşən Yaponiya xarici işlər naziri Hirofumi Nakasone Pxenyanı bu
sınaqdan çəkinməyə çağırıb. Çin
rəsmiləri isə hələlik sınaqla bağlı mövqe sərgiləməyib.