Accessibility links

Qeybulla Ramazanoğlu:  ‘Türkiyə heç zaman Azərbycanın maraqlarını başqasına satmaz’


Türkiyə baş nazirinin müşaviri Qeybulla Ramazanoğlu ölkəsinin Ermənistanla təmaslarının mahiyyəti barədə Amerikanın səsinə müsahibə verib. Cənab Ramazanoğlu son zamanlar Türkiyənin Dağlıq Qarabağ mövzusunda tutduğu mövqeyə dair Bakıdan səslənən narahatlıqların nə dərəcədə əsaslı olduğu barədə sualı cavablandırıb:

Sual: Azərbaycanda Türkiyənin Ermənistanla dialoqlarından şübhələr artıq rəsmi səviyyədə səslənməkdədir. Ölkənin prezident administrasiyasının yetkililəri Ankaradan bu məsələdə bir məlumat almadıqlarını deyirlər. Bakıda belə güman olunur ki, Türkiyənin Ermənistanla danışıqlarında Azərbaycan unudulub. Mümkünsə, baş verənləri dinləyicilərmizə aydınlaşdırardınız...

Cavab: Bu məsələyə fərqli aspektlərdən yanaşmaq lazımdır. Birincisi, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri daimidir və bu məsələni heç kəs başqa səmtə yönəltməyə çalışmasın. Bir qədər sərt və konkret demək istəyirəm ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və heç zaman Azərbycanın maraqlarını başqasına satmaz.
Amma digər tərəfdən, bir dövlət olaraq Türkiyənin özünün də siyasi, iqtisadi, mədəni maraqları var və ölkə diplomatiyası bu aspektləri də nəzərə alaraq hərəkət etməlidir.
İkincisi, Avropa Birliyi ilə üzvlük danışıqlarının fonunda Avropa ölkələrinin də Türkiyə qarşısında qoyduğu bir sıra şərtlər var. Bu şərtlər çərçivəsində Türkiyə öz yanaşmalarında bəzi dəyişikliklər etməklə, ətrafındakı ölkələrlə yaxşı münasibətlər formalaşdırmaqdadır. Bu, həm də Türkiyənin özünün dövlət marağıdır. Məsələn,Yunanıstanla olan münasibətləri götürək. Uzun illərin dost olmayan bu iki ölkəsi son zamanlar bütün gərginliklərə baxmayaraq, yaxınlaşa biliblər.
Beləliklə, Ermənistanla da məlum danışıqlar davam edir. Bu dialoq çərçivəsində diplomatik əlaqələri hansı şərtlər çərçivəsində bərpa etməyin mümkünlüyü, sərhədlərin açılması, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli müzakirə olunur.
Amma bir daha vurğulayıram ki, Türkiyə heç vaxt Ermənistanla danışıqlarında Qarabağ probleminin nizamsız buraxılmasına razı ola bilməz. Bunu heç bir hökumət özünə bağışlamaz və ictimaiyyət də qəbul etməz.
Heyətlərarası danışıqların və görüşlərin böyük qismi Azərbaycanın rəhbərliyinə çatdırılır. Sadəcə bu proses gizli getdiyindən, onu hamı bilə bilməz.

Sual: Yaxınlarda Türkiyə xarici işlər nazirinin Ermənistana səfəri gözlənilir. Habelə bir qrup türk deputatı hazırda ABŞ-dadır. Tezliklə ABŞ dövlət katibi də Ankaraya yola düşəcək. Bu təmaslar ermənilərin soyqırım iddialarının ABŞ-da qızğın müzakirə olunduğu dövrə təsadüf edir. Belə bir ərəfədə Ankara Ermənistana münasibətdə hər hansı güzəş yürütməyi nəzərdə tuturmu?

Cavab: Türkiyə həm ABŞ və Avropa Birliyi ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində öz mövqeyini qorumaq, həm də regionda vacib aktyor halına gəlmək, habelə dostluq münasibətləri təlqin etmək üçün əlbəttə ki, öz maraqlarını ortaya qoymalıdır. Əgər, Türkiyə Qarabağ problemini həll edib Ermənistanla münasibətlər yarada bilsə, bu, türk diplomatiyasının zəfəri olardı. İndi bu nə dərəcədə Türkiyənin istədiyi şəkildə baş verəcək, bu, Ermənistanın səmimiyyətinə bağlıdır.
ABŞ-a gəldikdə, bu ölkədə uydurma soyqırımın tanınması və belə bir ifadənin yeni prezident tərəfindən işlənməsi arzuolunmazdır. Məncə, dünya dövlətləri bu cür məsələlərdə ağıllı siyasət sərgiləsələr, əslində bu problem özü-özünə həllini tapacaq.

Sual: Sizin hökumətin irəli sürdüyü Qafqaz Paktı ilə bağlı təkliflər nə yerdədir? Hazırda bu təklifin reallaşması ilə bağlı dialoqlar davam edirmi?

Cavab: Bəli, Türkuyə bu danışıqları aparmaqdadır. Hazırda 6-7 dövlətin nümayəndəsi bu dialoqlarda iştirak edir. Türkiyə rəhbərliyi bu platformun yaradılmasında çox ümidlidir.

XS
SM
MD
LG