Accessibility links

İranda prezidentliyə namizədlərin qeydiyyat tarixi elan edilib


İranda prezident seçkilərində iştirak edən namizədlərin qeydiyyat tarixi elan edilib. Daxili İşlər Nazirliyinin bəyanatına görə, 5 günlük qeydiyyat müddəti may ayının 3-də başlayır.

Prezident Mahmud Əhmədinejad namizədliyini rəsmən irəli sürməsə də,onun ikinci dönəm prezidentlik yarışlarına qoşulacağı gözlənilir.

İranın sabiq prezidenti Məhəmməd Xatəmi və islahatçı Mehdi Karubi namizədliklərini irəli sürəcəklərini bildiriblər. Yarışlara sabiq baş nazir Mir Hüseyn Musəvinin də qatılacağı gözlənilir.

XS
SM
MD
LG