Accessibility links

Mixail Qorbacov Vladimir Putinin Vahid Rusiya partiyasını tənqid edib 


Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbacov Rusiyanın baş naziri Vladimir Putinin Vahid Rusiya partiyasının bir vaxtlar onun rəhbrəlik etdiyi Kommunist partiyasından da pis olduğunu deyib. Associated Pressə müsahibəsi zamanı cənab Qorbaoçov Vahid Rusiya partiyasını tənqid edərək, partiyanın üzvlərini bürokratizmdə günahlandırıb.

Rusiya parlamentinin qeyri-müstəqil olduğunu deyən sabiq prezident Rusiyanın ədliyyə sisteminin ölkə konstitusiyasına uyğun şəkildə fəaliyyət göstərmədiyini bildirib. Mixail Qorbaçov Rusiya-ABŞ münasibətlərinin normallaşdırılması vaxtının çatdığını deyib. O, dünya ictimayyətini maksumum dialoqla İranın nüvə silahları proqramının qarşısının alınmasına çağırıb. Sabiq Sovet lideri Sovet İttifaqını dağıtmaq deyil, yalnız kommunizmə düzəlişlər gətirmək istədiyini deyib.

XS
SM
MD
LG