Accessibility links

Sudan prezidenti Darfur regionuna səfər edib


Sudan prezidenti Ömər əl-Bəşir beynəlxalq tribunalın regionda müharibə cinayətlərilə əlaqədar onun həbsinə dair hökm çıxardıqdan sonra ilk dəfə olaraq Darfura səfər edib. Şimali Darfur ştatının El Faşir şəhərində cənab Bəşiri minlərlə tərfədarı qarşılayıb. Bundan sonra Sudan prezidenti şəhərdə yürüşdə çıxış edib. O deyib ki, hökumət Sudanda qanunu pozan yardım qrupları, diplomatlar, ya da sülhümühafizə qüvvələrinin üzvlərini ölkədən çıxara bilər. Cümə axşamı Beynəlxalq Müharibə Cinayətləri tribunalı cənab Bəşirin həbsinə dair hökm verdikdən sonra Sudan hökuməti artıq ölkədə 13 xarici yardım agentliyini bağlayıb. Sudan rəsmiləri bu qrupları tribunalla işləməkdə ittiham edib. Yardım qrupları bu ittihamı rədd ediblər.

XS
SM
MD
LG