Accessibility links

İran məhkəməsi ərdəbilli fəallara qarşı hökm çıxardı


Ərdəbilli insan haqları faəllarından Vədud Əsədi və Həsən Rəhimə qarşı məhkəmə qərar çıxardı. Rəşt şəhərinin İslam İnqılabı Məhkəməsində keçirilən qapalı məhkəmə iclasının sonunda qapadılmış “Səhər” tələbə jurnalının keçmiş baş yazarı, Vədud Əsədi bir il,azərbaycanlı tələbə və fəal Həsən Rəhimi isə 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzalarına məhkum edildilər. Onların təhsil aldıqları universitetdəki fəaliyyətləri, Rəşt şəhərində yaşayan azərbaycan türkləri üçün davamlı dağ gəzintiləri təşkil etmələri, şəxsi yazıları və saxladıqları türkcə kitablar, “ dövlətçiliyə qarşı əks-təbliğat”da əsas dəlillər kimi göstərilib.

Ötən iyul ayında Rəşt şəhərinin Ettelaat orqanları tərəfindən həbs olunan azərbaycanlı fəallar bir ay müddətinə qapalı təcridxanada saxlandıqdan sonra zaminə buraxılmışdılar. Saxlandıqları müddətdə onlara fiziki və psixoloji təzyiqlərin göstərildiyi bildirilir. Ötən avaust ayında “Frant line” kimi bir sıra hüquq müdafiə təşkilatları cənab Əsədi və Rəhimi ilə bağlı bəyanatla çıxış etmişdi.

XS
SM
MD
LG