Accessibility links

Almaniya məktəbində dəhşətli qətl hadisəsi baş verib


Alman polisinin bildirdiyinə görə, silahlı qatil ölkənin cənub şərqindəki məktəblərdən birində azı 15 nəfəri öldürüb.

Polis deyir ki, Vinnenden şəhərindəki Albervill məktəbində sinifə hərbi geyimdə daxil olan bir gənc müəllim və şagirdlərə atəş açıb.

Rəsmilər hadisəni törədənin 17 yaşlı keçmiş tələbə olmasından şübhələnirlər.

Yerli xəbər agentlikləri şübhəlinin hadisə yerindən dərhal qaçdığını bildirirlər.

Hadisə ilə əlaqədar regiondakı bütün məktəblər bağlanıb.

XS
SM
MD
LG