Pakistan
müxalifəti Ali Məhkəmənin baş hakiminin öz işinə bərpa olunmasını bayram edir. Hökumət ölkədə artan siyasi böhranın qarşısını
almaq səyləri çərçivəsində baş hakimin bərpası barədə razılığa gəlib. Müxalifət
lideri Navaz Şərif bunu tarixi nailiyyət adlandırıb və İslamabadda keçirilməsi
planlaşdırılan etiraz aksiyasıni geri çağırıb. Baş nazir Yusif Rza Gilani
qərarı bu gün televiziya vasitəsilə açıqlayıb. O, deyib ki, İftixar Məhəmməd Çaudri daxil
olmaqla bütün hakimlər şənbə günü öz işlərinə bərpa olunacaq. Cənab Gilani
habelə hökumət əleyhinə son aksiya zamanı həbs edilən vəkillər və fəalların
sərbəst buraxılması barədə göstəriş verib.