Türkiyə və Danimarkanın hərbi gəmiləri Əden körfəzində piratların gəmi yüklərini qaçırmasının qarşısını alıblar.
Türkiyə hərbçilərinin məlumatına görə, gəmilər Vyetnam bayrağı ilə üzən Daymond Falkondan həyacan siqnalı aldıqdan sonra yardıma gəliblər.
Xəbər görə, əməliyyata Türkiyə freqatına məxsus iki vertolyot da cəlb olunub.
Somali piratları son bil ildə 40-dan artıq gəmini qaçırıblar.