Accessibility links

Ukraynanın ABŞ-dakı səfiri xarici işlər naziri ola bilər


Ukrayna prezidenti Viktor Yuşşenko ölkənin ABŞ-dakı səfirini Ukraynanın yeni xarici işlər naziri vəzifəsinə təklif edib.

Prezidentin internet saytında bu gün dərc olunan məlumata görə, Yuşşenko səfir Oleh Samsurun namizədliyini parlamentin təsdiqinə təqdim edib.

Sabiq xarici işlər naziri Vlodimir Ohrizko parlament tərəfindən bu ay işindən azad edilib. Onu Rusiya ilə əlaqələrin pisləşməsində günahlandırırlar.

Peşəkar diplomat olan Samsur əvvəllər xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

XS
SM
MD
LG