Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycan referendumuna münasibət bildirib


ABŞ Dövlət Departamenti Azərbaycanda konstitusiyaya əlavələr və dəyişiklilərlə bağlı referenduma münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Amanda Harper Konstitusiyaya dəyişiklik edilməsinin Azərbaycan xalqının qərarı olduğunu deyib. Lakin o, ABŞ-ın mətbuata məhdudiyyətlər tətbiq edilməsi, toplaşma hüququnun məhdudlaşdırılması, referendumun müddəalarının qeyri-müəyyənliyi, polis və yerli rəsmilərin kampaniyalar və səsverməyə müdaxiləsi ilə keçirilən referendumla bağlı narahatlığını bildirib. Dövlət Departamenti Azərbaycan hökumətini söz və toplaşma azadlığı da daxil edilməklə, fundamental azadlıqlara hörmət göstərilməsinə, habelə referendum prosesinə edilən müdaxilələrin araşdırılmasına çağırıb.

XS
SM
MD
LG