Accessibility links

Pakistanda Taliban yaraqlılarına qarşı hərbi əməliyyatlar davam edir


Pakistan ordusunun əməliyyatları Taliblərin şənbə günü Hanku şəhərindəki hücumundan sonra başlayıb. Pakistan rəsmilərinin bildirdiyinə görə hərbi qüvvələrin Əfqanıstanla sərhəddə,Taliblərin bir komandirinin nəzarəti altındakı düşərgələrdə keçirdikləri əməliyyatlar zamanı 20 yaraqlı öldürülüb.

Dünən Taliban komandiri Hakimulla Məsudun nəzarətindəki qəbilələrin yaşadığı Orakzai bölgəsinin Gilco mahalında yaraqlıların bazalarına qarşı keçirilən əməliyyatlar zamanı ordunun vertolyotlardan istifadə etdiyi deyilir. Yerli sakinlər əməliyyatların bu gün də davam etdiyini bildirmişlər. Hərbi əməliyyatlara şənbə günü yaxınlıqdakı Hanqu şəhərində 25 nəfərin ölümü ilənəticələnən maşına yerləşdirilmiş bomba hücumundan sonra başlanmışdır. Taliban komandiri Hakimulla Məsud hücumun məsuliyyətini öz üzərinə götürüb və bunun ABŞ-ın pilotsuz təyyarələrinin yaraqlılara qarşı hücumlarına cavab olduğunu bildirib.


XS
SM
MD
LG