Accessibility links

Livan generalı İsrailin xeyrinə casusluqda günahlandırılır


Livan prokurorları təqaüddə olan general və digər üç nəfəri İsrailə casusluqda günahlandırır. Təqaüddə olan briqada generalı Abid Əl-Aləm, onun həyat yoldaşı, yaxın qohumu və şübhəli bilinən digər 4 nəfər İsrailin hücum edə biləcəyi mərkəzləri, Livan və Suriya ordusu və mülki mərkəzləri barədə məlumatları İsrailə çatdırmaq ittihamları ilə üzləşirlər. Bu ittihamlar təsdiq olunarsa həmin şəxslərə ölüm cəzası verilə bilər. General Aləmin həyat yoldaşı Həyat Salomi və onun yaxın qohumunun bu ayın əvvəli, casusluq ittihamı ilə həbs edildiyi bildirilir. Prokurorluq rəsmiləri general Aləmi eləcə də, qeyri-qanuni silah saxlamaqda və həyat yoldaşı ilə birlikdə İsrailə icazəsiz gedib-gəlməkdə ittiham edilir.

XS
SM
MD
LG