Avropa rəsmiləri deyir ki,
keçirilmə yeri barədə razılıq əldə olunmadığından Gürcüstan, Rusiya və
Gürcüstanın separatçı Cənubi Osetiya regionu arasında təhlükəsizlik danışıqları
təxirə salınıb. Cənubi Osetiya və Abxaziya ətrafında zorakılıq riskinin
azaldılması məqsədi daşıyan danışıqların bu gün keçirilməsi planlaşdırılırdı.
Avropa Birliyinin atəşkəs monitorlarının sözçüsü deyir ki, əsl razılıq
danışıqların Gürcüstanda keçirilməsini nəzərdə tutsa da, dünən rus və osetin
tərəfi buna etiraz edib.