Accessibility links

Klinton və Lavrov strateji silahlar barədə nikbin bəyanatlar veriblər


Dövlət Departamentində Hillari Klintonla görüşən Sergey Lavrov həmkarıyla bir yerdə bəyan etmişdi ki, ABŞ-la Rusiya arasındakı ziddiyətlər dünyanın ən iri nüvə arsenalına malik iki ölkə arasında strateji silahların məhdudlaşdırılması ilə bağlı əməkdaşlığı sarsıtmamalıdır.

Klinton görüşdə bildirib ki, Vaşinqtonla Moskva arasındakı fikir ayrılıqlarının silahlara nəzarət kimi iri məsəslələrə təsir göstərdiyini düşünmək köhnə düşüncənin əlmətləridir. Bu fikirlə Sergey Lavrov da ürəkdən razılaşdı:’Strateji hücum silahlarının azaldılması həm Rusiya, həm ABŞ həm də bütün dünya üçün olduqca vacibdir. Cənubi Qafqaza gəldikdə biz bunu bu gün müzakirə etdik. Düzdür ki, aramızda fikir ayrılıqları var, və biz bunları gizlətmirik. Lakin biz bir məsələ üzərində razılaşırıq ki, orada sabitliyin bərpası üçün əlimizdən gələni etməliyik.’

Lavrovun bəyanatına reaksiya verən Hillari Klinton deyilənlərlə tam razılaşdığını və münasibətləri yeni səviyyəyə qaldırmağın vaxtının gəlib çatdığını dilə gətirdi.

Ağ Ev və Dövlət Departamentində görüşlərin ardınca Rusiya rəsmisi Karnegi Beynəlxalq Sülh Fondunda olub. Orada etdiyi çıxış zamanı Dağlıq Qarabağ münaqişəsi üzərində gedən danışıqlara toxunan cənab Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt- Peterburq görüşü zamanı məsələni müzakirə edəcəklərini bildirib. O, Moskvanın münaqişənin nizamanlaması perspektivlərinə nikbinliklə baxdığını bəyan edib.

XS
SM
MD
LG