Accessibility links

İranın cənub-şərqində partlayış 15 adamın ölümülə nəticələnib


İranın dövlət mətbuatının verdiyi məlumata görə, ölkənin cənub-şərqində məsciddə baş vermiş bomba partlayışı nəticəsində 15 adam ölüb, 50 adam yaralanıb.

İRNA agentliyinin bildirdiyinə görə, partlayış Pakistanla sərhəd yaxınlığında yerləşən Sistan-Bəlucistan vilayətinin Zahedan şəhərində bu gün baş verib. Partlayışın səbəbləri hələ aydın deyil. Rəsmilərin təhqiqat apardığı bildirilir.

İranın təhlükəsizilik qüvvələri və narkotik maddə qaçaqmalçıları arasında hadisənin baş verdiyi yerdə toqquşmanın olduğu deyilir.

XS
SM
MD
LG