Accessibility links

Avropa Birliyinin nümayəndələri danışıqlar üçün Tacikistana səfər ediblər


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Mərkəzi Asiyada həmkarları ilə görüşmək üçün regiona səfərə başlayıblar.

Sabah Tacikistan paytaxtı Düşənbədə başlayacaq iki günlük görüşün diqqət mərkəzində təhsil, qanunlar, iqtisadiyyat, ticarət, enerji və ətraf mühit məsələləri olacaq.

Avropa Komissiyasının bəyanatında deyilir ki, Avropa Birliyinin nümayəndələri Tacikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirlərilə görüşəcək.

Avropa Komissiyası Mərkəzi Asiyaya bir milyard dollardan artıq vəsait ayırıb.

XS
SM
MD
LG