Accessibility links

Sibirdə 2 milyon kimyəvi silahı məhv etmək üçün zavod açılıb


Dünən Sibirdə 2 milyon kimyəvi silahı məhv etmək gücündə olan böyük zavod açılıb.

Zavodun maliyyəsinin bir milyard dollardan çoxu Vaşinqtonla Moskva arasında təksilah sahəsində əməkdaşlığın bir hissəsi olaraq ABŞ təfərindən ödənilib.

Amerika senatoru Riçard Luqar deyir ki, ABŞ-la Rusiya sülh və rifah uğrunda, silahların yox edilməsi və başqa əllərə düşməsinin qarşısını almaq kimi fəaliyyətdə səylərini birləşdirməlidir.

Yeni zavodun açılışı silahların məhv edilməsi işində Rusiya və ABŞ və digər post-Sovet ölkələrinə yardım proqramına daxil olan tədbirlərdən biridir.

Zavod Moskvadan təxminən 1600 kilometr məsafədə, Şçuçyedə yerləşir.

XS
SM
MD
LG