Accessibility links

Kanada ABŞ-ın Guantanamo həbsxanasından azad edilən bir qrup məhbusun qəbul edilməsi xahişini rədd edib


Kanada ABŞ hökumətinin Guantanamo həbsxanasından azad edilən bir qrup məhbusun qəbul edilməsi xahişini rədd edib. Kanadanın baş naziri Stefen Harperin sözçüsü bildirib ki, Amerika 17 çinli uyğurun qəbul edilməsini xahiş edib. Sözçü onların Kanada ilə heç bir əlaqəsi olmadığını deyərək, Kanadanın təhlükəsizlik riski olanları ölkəyə qəbul edə bilməyəcəyini deyib.

Çinli uyğurların azadlığa buraxılması barədə hökm 2003-cü ildə çıxarılıb. Lakin Çində işgəncələrə məruz qalacaqlarından ehtiyat edilərək onlar vətənlərinə qaytarılmır.

XS
SM
MD
LG