Accessibility links

Obama administrasiyasının reytinqi israillilər arasında aşağı düşüb


Birləşmiş Ştatlarla İsrail arasında illərlə davam edən yaxşı münasibətlərdən sonra hal-hazırda Obama administrasiyasının reytinqi israillilər arasında aşağı düşüb. Fələstinlilər arasında isə, əksinə, Amerika liderinə dəstək xeyli artıb. Jerusalem Post qəzetində nəticələri dərc edilən rəy sorğularına görə, israillilərin 6%-i ABŞ prezidenti Barak Obama administrasiyasının İsraili, 50% Fələstini dəstəklədiyini, 36%-i isə bitərəfdir. Göstəricilər may ayında keçirilən rəy sorğularının nəticələrindən ciddi şəkildə fərqlənir. O zaman 31%-i israilli prezident Obamanın İsrailə meylli olduğunu, 14%-i isə onun fələstinliləri dəstəklədiyini düşünürdü.

Qahirə müraciəti zamanı prezident Obama İsrail hökumətini İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqlələrinin inşasını dayandırmağa və Fələstin dövlətinin yaradılması fikirini qəbul etməyə çağırmışdı.

İsrailin Vaşinqtondakı keçmiş diplomatı Yoram İttinger əmin olduğu bildirir ki, müsəlman dünyasını razı salmağa can atan Obama İsrailə psixoloji təzyiq göstərməkdə davam edəcək. Həmasın nəzarəti altında olan Qəzza Zolağından təhlilçi Məhəmməd Əbu Səədi isə prezident Obamanın fələstinlilərə xeyri olan müsbət fikirlər söylədiyini deyib.


XS
SM
MD
LG