Qazaxıstan parlamenti İnternetə dövlət nəzarətini artıran qanun layihəsini təsdiq edib. İnsan hüquqları fəalları qanun layihəsinin söz azadlığını məhdudlaşdıracağını bildirirlər.
Prezident Nursultan Nazarbayev qanunu imzalasa, internetdə bloqlar və çat xidmətləri də ənənəvi kütləvi mətbuat vasitələri kimi cəzalandırılma standartlarına məruz qalacaq.
Rəsmilər qanun layihəsinin münasib olmayan materialların paylanmasının qarşısını almaq məqsədi güddüyünü bildirirlər. Lakin opponentlər bildirir ki, bu, hökumət rəsmilərinin özbaşına təqiblərinə imkan verəcək.
Qazaxıstanda geniş istifadə edilən LiveJournal.com bloq xidməti artıq aylardır işləmir.