Accessibility links

Təhlil: Ukraynada seçkiöncəsi durum


Ukraynada davam edən siyasi çəkişmələr və ağır iqtisadi durum bir vaxtlar ümidlə dolu olan Narıncı İnqilab günləri ilə təzad təşkil edir. Amerikanın Səsinin xüsusi müxbiri Andre de Nesnera yanvarda keçiriləcək prezident seçkiləri ərəfəsində Ukraynada olub.

Ukraynanın hazırkı Qərbyönümlü prezidenti Viktor Yuşçenko 2004-cü ilin dekabrında prezident seçiləndə onun minlərlə tərəfdarı küçələrə axışaraq Ukrayna ali məhkəməsi və beynəlxalq ictimaiyyətin saxta hesab etdiyi seçkilərin nəticələrinin ləğvinə nail oldular. Narıncı İnqilab adı iə tanınan nəhəng etiraz aksiyaları ikinci raund seçkilərə yol açdı ki, burada Viktor Yuşçenko Moskvapərəst rəqibi Viktor Yanukoviçi məğlub etdi.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Oksana Antonenko deyir ki, hazırkı durumdan asılı olmayaraq Narıncı İnqilab Ukrayna siyasətinə böyük təsir göstərdi. Belə ki, hazırda Ukraynada plüralist cəmiyyət təşəkkül tapıb. Vətəndaşların siyasi elita daxilində həqiqi siyasi seçimi var. Antonenko əlavə edir ki, Ukraynada mövcud olan demokratiya Baltik ölkələrini çıxmaq şərtilə sabiq Sovet məkanının heç bir guşəsində yoxdur. Bu baxımdan Ukrayna istisna təşkil edir.

Lakin prezident Viktor Yuşçenko və onun siyasi rəqibləri ilə cərəyan edən siyasi çəkişmələr Ukraynanın dövlət kimi tərəqqi əldə etməsinə mane olub. Ekspertlər deyir ki, siyasi intriqalar və Yuşçenko hökumətinə qarşı korrupsiya ittihamları bir çox Ukraynalılarda ruh düşkünlüyü yaradıb. Kanadanın Alberta Universitetindən Deyvid Marples deyir ki, cənab Yuşçenkonun reytinqi çox zəifdir.

Onun populyarlığı Avropada siyasətçilər arasında ən aşağı - iki faizdir. Lakin belə görününr ki, o, öz yaratdığı problemlərə məhəl qoymur. Marplesın sözlərinə görə demək olar ki bütün aparıcı sahələrdə Yuşçenkonun fəaliyyəti uğursuzluqlarla müşayiət olunub. Ekspertlər prezidentlə parlament arasındakı çəkişmələrin yanvarda keçiriləcək prezident seçkilərinədək dayanacağını hesab etmir. Bəzi analistləır hətta seçkilərin də siyasi çəkişmələrə son qoyacağına skeptik yanaşırlar.

Bu arada Rusiyanın Qərbyönümlü Ukrayna ilə qarşıdurması getdikcə şiddətlənir. New York Times qəzetinin yazdığına görə başlıca ixtilaf nöqtəsi Krım yarımadasında Rusiya donanmasının limanını icarəyə götürdüyü Sevastopol şəhəridir. Rusiyanın Gürcüstanla müharibəsinin ardınca Ukrayna rəsmiləri Rusiyanın bu limana çıxışını məhdudlaşdırmağa başlayıblar. Ukraynalılar dəfələrlə naval bazaya ləvazimat daşıyan Rusiya hərbçilərini saxlamış və Federal Təhlükəsizlik Bürosunun əməkdaşlarını ərazidən deportasiya etmişlər. Buna cavab olaraq isə Rusiya hökuməti Ukraynaya yeni səfir göndrməkdən imtina edib. Bəziləri ehtiyat edir ki, əhalisinin əksəriyyətini rusların təşkil etdiyi və vaxtikən Sovet lideri Nikita Xruşovun Rusiyadan Ukraynaya bağışladığı Krımda cərəyan edə qarşıdurma sonda Rusiya-Gürcüstan münaqişəsinə bənzər qarşıdurma ilə nəticələnə bilər.

XS
SM
MD
LG