Accessibility links

Yaponiyanın yeni baş naziri Çin lideri ilə görüşdü


Yaponiyanın yeni baş naziri Çin prezidenti Hu Cintao ilə ilk görüşündə Avropa Birliyi stilində Şərqi Asiya İcması yaradılması təklifini irəli sürüb.Cənab Hu ilə bazar ertəsi görüşündəbaş nazir Yukio Hatoyama deyib ki, o, Şərqi Asiya dövlətlərini ümumi pul vahidi altında birləşdirməyi arzulayır.Cənab Hatoyama görüşdən sonra müxbirlərə bildirib ki, o, Çinlə münasibətlərin qarşılıqlı etimada əsaslanmasını istəyir. Keçmiş kolonial siyasəti ilə əlaqədar Yaponiyanın Asiyadakı qonşuları ilə münasibətlərində ciddi problemlər yaşanıb.
XS
SM
MD
LG