Bu həftə İranda məktəblər açılıb. Bir milyon ikiyüz mini birinci dəfə olmaqla, 14 milyondan çox tələbə və təqribən bir milyon müəllim İran məktəblərində dərslərə başlayıb. Bu o haldadır ki, hele İranın təhsil naziri yoxdur. İran Parlamentinin bəzi üzvləri isə bundan çox narazıdırlar. Prezident Əhmədinejad bir xanımı təhsil naziri vəzifəsinə namized göstərmişdi amma parlament onun namizedliyini təstiq etmədi.
İranın özəl və dövlət universitetlərində də artıq dərslər başlayıb. Bu il 7 milyondan çox gənc həmin universitetlərdə dərs oxuyacaq. Bu tələbələrin bir milyondan çoxunu, dövlət universitətlərinin birinci kurs tələbələri təşkil edir.
Prezident seçkilərində, Mahmud Əhmədinejad da daxil olmaqla, namizedlərin ana dilində təhsil çağırışları və vədləri isə bu təhsil ilində başda azərbaycanlılar arasında olmaqla müəyyən gözləntilərə gətirib çıxardıb. Buna baxmayaraq, İrandan gələn məlumatlar ana dilində təhsil yaxud da ana dilinin tədrisi barədə heç bir addım atılmadığını göstərir.
İran dövləti bu il təhsil üçün 250 milyon cild dərslik (kitab) çap edib. Bu dərsliklərin böyük əksəriyyəti Fars dilində olsa da onların içində İngilis, Ərəb və Erməni dillərində kitablar da var.
Başda azərbaycanlılar və Kürdlər olmaqla İranın qeyri-fars millətlərinin daxildə və xaricdəki təşkilatları keçmiş 80 ildə İran dövlətinin təhsil və onların ana dilləri barədəki siyasətindən narazıdırlar. Məktəblərdə bu il də ana dilində təhsilə imkan verilməməsi münasibətilə etiraz nümayişlərinin keçirilməsi barədə çağırışlara baxmayaraq Azərbaycan vilayətlərində aksiyaların olması barədə məlumat yoxdur.
İranda türklərin, türkmənlərin, kürdlərin, ərəblərin, bəluçların və digər millətlərin dillərində təhsilə imkan verilmir. Bu dillər, hazırda İranda məktəblərdə, universitetlərdə, idarələrdə və hətta məhkəmələrdə qadağandır.
İranda bu xalqların dilində qəzet, dərgi və ya kitab nəşrinə də uzun müddət imkan verilmədi. Amma İkinci Dünya Müharibəsindən sonra, bir müddət bəzi xalqların öz dillərində məktəbləri oldu. O cümlədən İran Azərbaycanında, Demokrat Firqəsinin bir illik hökuməti vaxdı təhsil Türk dilində idi. O zamandan İranda Türk dilində bəzi kitab və dergilər çap olunub. Amma dərgilər iki dildə olmalıdır. İndi İran Azərbaycanında yüzə yaxın iki dilli qazet və dərgi çap olunur amma hələ məktəblərdə və universitetlərdə, Türk dilində təhsilə imkan verilmir. Buna görə də, Türk dilində mədrəsə İran azərilərinin ən önəmli tələbləridir.
Diqər xalqların dilləri məsələsi İranın son perezident seçkilərinə də öz təsirini göstərdi. Namizedlərin dördü də qeyri-fars dillərin tədrisini müdafiə etdi. Mahmud Əhmədinejad, o zaman universitetlərde yerli dillərdə də iki dərsin tədrisinə göstəriş verdi.
Onun bu göstərişi çoxlu iranlını sevindirsə də indi İrandan gələn xəbərlərə görə dövlət həmin göstərişi icra etmək üçün addım atmayıb. İranın rəsmi xəbər agentliklərinin verdiyi məlumata görə, rektorlar deyirlər ki, universitetlərdə fars dilindən başqa dildə tədris barədə heç bir məlumatları yoxdur.