Accessibility links

Moksvada jurnalist Anna Politkovskayanın xatirəsi yad edilib


Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovkayanın yüzlərlə tərəfdarları onun ölümünün üçüncü ildönümü münasibətilə nümayiş keçirərək, qatillərin ədalət məhkəməsi qarşısına çıxarılmasına çağırblar.

Nümayiş bu gün Moskvada Politkovskayanın evinin qarşısında güllə ilə vurulub öldürüldüyü vaxt saat 4:03-da başlayıb.

Kremlin tənqidçisi olan jurnalistin qətli Rusiyada insan hüquqlarının vəziyyətinin beynəlxalq səviyyədə tənqid edilməsinə gətirib çıxarmışdı.

Rusiya prezidenti Dmitri Medvedev məktubda insan hüquqları qrupu Amnesti international bildirr ki, Politkovskayanın qatillərinin azadlıqda olması Rusiya rəsmilərinin bu kimi cinayətləri tam təhqiq etmədiyini göstərir.

Politkovskayanın keçmiş redaktoru Sergey Sokolov deyib ki, prokurorlar aprel ayında şübhələnilən Rustam Mahamudovu ələ keçirmək imkanını itirmişlər. Lakin o bildirib ki, əvvəllər şəxsiyyəti müəyyən edilməmiş yeni şübhəlilər də var.

XS
SM
MD
LG