Accessibility links

ABŞ prezidenti qanunvericilərin səhiyyə islahatları sahəsində görüdüyü işləri yüksək qiymətləndirib


ABŞ prezidenti Barak Obama qanunvericilərin səhiyyə islahatları sahəsində görüdüyü işləri yüksək qiymətləndirərək, prosesin nailiyyətli olduğunu deyib.Həftəlik radio müraciəti zamanı Barak Obama məsələ ilə bağlı demokrat və respublikaçıların yeni ideyalar əlavə etməklə bir sıra debatlar keçirdiyini bildirib.

ABŞ dövlət başçısı aparıcı respublikaçı nümayəndələr-Kaliforniya ştatının qubernatoru Arnold Şvarzenegger və Senatda əksəriyyət lideri Bob Dolun dəstəyini xusüsi qeyd edib. Prezident Obama səhiyyə islahatlarının əleyhinə olanları tənqid edərək, onları amerikalılara kömək etməkdənsə, birtərfli siyasət oyunu oynamaqda ittiham edib.

Respublikaçıların həftəlik radio müraciəti zamanı senator Corc Lemueuks deyib ki, səhiyyə islahatları mübahisələrinin həlli problemin özündən böyük olmamalıdır. Respublikaçı senator bildirib ki, təklif edilən islahatların ağır dəyəri vergi ödəyənlərin boynuna düşməklə yanaşı, mövcud səhiyyə proqramlarının ixtisarına səbəb olacaq.


XS
SM
MD
LG