Accessibility links

Hondurasda siyasi böhranın aradan qaldırılması məqsədi daşıyan danışıqlarda heç bir nəticə əldə edilmədi


Hondurasın hakimiyyətdən devrilmiş prezidenti Manuel Zelayanın müzakirəçiləri bu gün bildirmişlər ki, ölkədə baş verən siyasi böhranın aradan qaldırılması məqsədi daşıyan danışıqlar bir nəticə əldə edilmədən dayandırıldı. Cənab Zelayanın hakimiyyətəqayıtmaq üçün verdiyi vaxt dünən gecə başa çatdı. O, Robet Miçelletti hökuməti ilə razılıq əldə edilmədiyi təqdirdə danışıqları dayandırmağa söz vermişdi. Cənab Miçelettinin müvəqqəti hökuməti öztəklifinibu gün verəcəyini bildirmişdi. Cənab Miçələtti sabiq prezident Zelayanın vəzifəsinə qayıtmasının əleyhinədir.

Müxalifət Manuel Zelayanın hakimiyyətdə qalmaq üçün konstitusiyanı qeyri-qanuni dəyişdirmək istədiyi barədə ona qarşı ittihamlar irəli sürdükdən sonra o, iyun ayının 28-də sürgün edilmişdi.


XS
SM
MD
LG