Accessibility links

Administrasiya üzvləri Konqresdə Əfqanıstan məsələsini müzakirə edəcək


ABŞ prezidenti Barak Obama Əfqanıstana əlavə 30 min ABŞ əsgəri göndərilməsi planını təşviq etmək üçün Konqresə yüksək rütbəli administrasiya rəsmilərini göndərir.

Dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Geyts yeni Əfqanıstan strategiyası ilə bağlı konqres dinləmələrində çıxış edəcəklər.

Çərşənbə axşamı etdiyi çıxışda cənab Obama bildirdi ki, qoşun artımı Əfqanıstanda təhlükəsizliyi yerli qüvvələrə həvalə etməyə və ABŞ əsgərlərinin ölkəni 2011-ci ilin iyulunda tərk etməsinə imkan verəcək.

XS
SM
MD
LG