İranın
nüvə rəsmisi deyir ki, Tehran uran zənginləşdirmə obyektləri ilə bağlı BMT nüvə
agentliyinə cüzi məlumat verəcək. İran dövlət mətbuatının rəsmiyə istinadən
verdiyi məlumata görə, ölkə zənginləşdirmə zavodları işə düşəndən ilk 6 ay
müddətində Beynəlxalq Atom Enerji Agentliyinə heç bir məlumat verməyəcək. BMT-nin
nüvə agentliyi bu yaxınlarda İranın nüvə fəaliyyətlərinə etimadsızlıq və
artmaqda olan şübhələrlə bağlı səsvermə keçirib. Beynəlxalq Atom Enerjisi
Agentliyinin icraçı heyəti bu gün Vyanada İranı bu yaxınlarda aşkar edilən uran
zənginləşdirmə obyektinin tikintisini dayandırmağa çağıran qətnamə qəbul edib.