Accessibility links

İran uran zəngiləşdirən 20 obyektə ehtiyacı olduğunu bildirir


İranın baş nüvə müzakirəçisi Əli Əkbər Salehi deyib ki, İranın öz nüvə elektrik stansiyalarını kifayət qədər yanacaqla təmin etməsi üçün 20 uran zənginləşdirən zavoda ehtiyacı var.

Əli Əkbər Salehinin deyib ki, İranın iyirmi min meqavat elektrikə ehtiyacaı var ki, bunun üçün Natanzdakı obyektdə istehsal edildiyindən 20 dəfə artıq həcmdə nüvə enerjisi lazımdır. Onun bu bəyanatı İranın BMT-nin uran zənginləşdirilməsi proqramını dayandırmaq tələbinə əməl etməyib, bu həftə nüvə proqramını genişləndirməyə dair ikinci təkliflə çıxış etdiyini göstərir.

Salehi habelə deyib ki, İranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən çıxmaq planları yoxdur. Onun sözlərinə görə, qərb ölkələri Tehranın müqavilədən çıxması üçün manevrlər edir. İran bundan öncə Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin üzvü olmağın bir faydası olmadığını bildirmişdi.

Dünən İranın nüvə məsələləri üzrə yüksək səviyyəli rəsmiləri bildiriblər ki, Tehran BMT-nin Beynəlxalq Atom Enerjisi agentliyi ilə tikintisi planlaşdırılan obeyktlərlə bağlı məhdud informasiya bölüşəcək.

İranın dövlət mətbuatı rəsmi nümayəndə Əbülfəz Zöhrəvəndiyə istinadən bildirib ki, İran uran zəngiləşdirən yeni obyektlərlə bağlı məlumatı agentliyə onların istehsala başlamasından altı ay önyəcə qədər məlumat verməyəcək.


XS
SM
MD
LG