Accessibility links

ABŞ-ın Avropadakı hərbi hava qüvvələrinin komandanı Azərbaycan gəlir


ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin komandanı general Rocer A. Bredli dekabrın 8-də Azərbaycana səfər edəcək.
ABŞ-ın Bakıdakı səfirliyi bildirir ki, bir günlük səfər zamanı o, Birləşmiş Ştatlar və Azərbaycan arasında strateji tərəfdaşlığı müzakirə etmək məqsədilə yüksək vəzifəli rəsmilərlə görüşəcək.
General Rocer Bredli regiona səfəri çərçivəsində Bakıdan Gürcüstana gedəcək.
ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığı Almaniyanın Ramştayn şəhərində yerləşir və 20 milyondan çox kvadrat mil sahədə Hərbi Hava Qüvvələrinin fəaliyyətinə cavabdehdir.

XS
SM
MD
LG