İranın nüvə proqramı Qərb dövlətləri ilə İslam Respublikası arasında başlıca ixtilaf nöqtəsi olaraq qalır. Buna baxmayaraq, Obama administrasiyasının İran hökumətinə doğru göstərdiyi son jestlər bəzilərində belə təəssürat yaradıb ki, artıq Qərb İranın atom bombasına sahib ölkə olacağını qəbul edib. Eyni zamanda ABŞ daxilində mühafizəkar müxalifət molla rejiminin kütləvi qırğın silahına malik olmasını fəlakət ssenarisi kimi görür.
Washington Post qəzetində məqalə ilə çıxış edən Amerika Sahibkarlıq İnstitutunun vitse prezidenti Daniell Pletka İranın da nə vaxtsa Sovet İttifaqı kimi nüvə silahları işlətməkdən çəkindiriləcəyi ideyasını rədd edir. Onun sözlərinə görə rəsmi Vaşinqton indidən İranın atom proqramını reallıq kimi qəbul edərək, bu silahların Tehran tərəfindən yayılmasının və istifadəsinin qarşısını almaq üzərində baş sındırır. Bu cür düşünənlər güman edir ki, Soyuq Müharibə dönəmində olduğu kimi, İran hökumətini müharibə yox, öz hakimiyyəti maraqlandırır. Bundan əlavə ərəblər İrandan o qədər qorxurlar ki, onlar Qərbə İranın təcrid edilməsində yardım göstərəcəklər. Lakin Pletka hesab edir ki, bu hesabalamalar səhvdir.
Əvvəla şiə rejimi sünni rəqibləri ilə müqayisədə nüvə ambisiyaları və terrora sponsorluq səyləri baxımından qat-qat məharətlidir. Müəllifin sözlərinə görə İran özünü Şimali Koreya ilə yox, Hindistanla bir tərəziyə qoyaraq hesab edir ki o, regional supergüc statusuna layiqdir. Tehrandakı mollakratiya özünü ərəb şeyxlikləri və ya diktaturaları ilə müqayisə etmir. İranı Sovet İttifaqına bənzətməyə qarşı xəbərdarlıq edən Pletka bildirir ki, İran liderləri kommunist bürokratlarından fərqli mentalitetə malikdirlər. Soyuq Müharibə vaxtı heç kimdə şübhə yox idi ki, sovetlər atom bombasından istifadə etsələr Amerika buna oxşar üsullarla cavab qaytaracaq. Lakin İranın İsrailə qarşı nüvə hücumu etdiyi təqdirdə ABŞ-ın Hillari Klintonun dediyi kimi İranı yerlə yeksan etmək vədinə sadiq qalacağına bir çoxları şübhə ilə yanaşır. Bundan əlavə İranda kimin nəyə rəhbərlik etdiyi aydın deyil. Bir çoxları Mahmud Əhmədinejadın atom bombasının tətiyin nəzarət etmədiyini əsas gətirərək İranın nüvə texnologiyasında təhlükə görmür. Lakin İran hökumətinin qeyri-sabitliyi və səlahiyyətlərin aydın bölüşdürülməməsi narahatlığa daha çox əsas verir. Bütün hallarda Daniell Pletka hesab edir ki, İsrail dövləti atom bombasına malik İranın mövcudluğuna dözmək niyyətində deyil, və Obama administrasiyası bunu nə qədər tez nəzərə alsa bir o qədər yaxşı olar.
New York Post qəzetində İranda daxili siyasi dinamikaya nəzər yetirən Əmir Taheri isə rejimin legitimliyini itirdiyini və ideoloji potensialının tükəndiyini yazır. Ötən ay İran rejimi hər il olduğu kimi yenə də ABŞ səfirliyini ələ keçirilməsinin ildönümünü qeyd etdi. Lakn bu ildönümü rejimin gücünü deyil, zəifliyini üzə çıxardı. Belə ki, səfirliyin keçmiş binası qarşısında nümayişə çıxanların sayı, rejimə qarşı nümayiş keçirənlərin sayından xeyli az idi. Tehran küçələrinə çıxan insanlar “Amerikaya Ölüm!” şüarı yox, “Diktatora Ölüm!”, “Rusiyaya Ölüm!” şüarları hayqırırdılar. Səfirliyin binasını ələ keçirmiş 400 tələbədən heç biri bu tədbirdə iştirak etmirdi. Belə ki, onlardan yarısı İran-İraq müharibəsi zamanı həlak olmuş, yerdə qalanı isə ya müharicətdə, ya da həbsdədir. 1979-cu ildə İslamçı tələbə hərəkatına rəhbərlik edən 20 liderdən 9-u həbsdədir. Vaxtilə amerikalı diplomatları sorğu sual etmiş girovdarlar Abbas Abdi və İbrahim Əsğərzadə isə bu yaxınlarda öz hərəkətlərinə görə dərin peşmançılıq izhar edərək, qurbanlarından əvf diləmişlər.