İraq
təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İran qüvvələri iki dövlət
arasında sərhədin mübahisəli hissəsində neft quyusunu ələ keçiriblər. Verilən
məlumata görə, Amara şəhəri yaxınlığında İraq sərhədi daxilindəki neft
yatağında İran qoşunları ölkənin bayrağını qaldırıblar. İraq daxili işlər
nazirinin müavini Əhməd Əli Əl-Xəfəviyə istinadən bildirilib ki, İranın 11 əsgəri bu
gün günorta saatlarında sərhədi keçərək bayraqlarını qaldırıb və yatağı ələ
keçirib. Rəsmilər əlavə edib ki, İraq tərəfi heç bir hərbi addım atmayıb, belə
ki hökumət lazımı diplomatik cavab verməyi planlaşdırır.