Accessibility links

Roma Papası: XII Piusun müqəddəs elan olunması yəhudilərə qarşı düşmənçilik məqsədi daşımır


Vatikan bildirir ki, Roma Papası XII Piusun müqəddəs elan olunması yəhudilərə qarşı düşmənçilik məqsədi daşımır. Tənqidçilər isə onu Holokosta qarşı kifayət qədər sərt çıxışlar etməməkdə tənqid edir. Bu gün Roma Piusu müdafiə edən bəyanat açıqlayıb. Papa Pius1939-cu ildən başlayaraq təxminən 20 il ərzində Roma Katolik Kilsəsinə rəhbərlik edib. Roma Papası Benedikt keçən şənbə imzaladığı fərman bəzi yəhudi qrupları arasında növbəti qəzəb dalğasına yol açıb. Fərman müharibə dövrü Papasının müqəddəsliyinin qaldırılması məqsədi güdən kilsə prosesinin əsas hissəsidir.
XS
SM
MD
LG