Accessibility links

Davutoğlu: Türkiyə qardaş Azərbaycanla birgə işləməyə davam edəcək


Türkiyə Xarici İşlər naziri deyib ki, Ermənistanla münasibətlər ətrafında mübahisələrə baxmayaraq, onun ölkəsi qardaş Azərbaycanla birgə işləməyə davam edəcək.

Bu gün Ankarada birgə mətbuat konfransında Xarici İşlər naziri Əhməd Davutoğlu və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov iki ölkə arasında möhkəm əlaqələrin mövcudluğundan danışıblar.

Davutoğlu deyib ki, iki ölkə arasında bir ailədə olduğu kimi məsləhətləşmələr gedir. Xarici İşlər nazirləri bu gün enerji layihələri də daxil olmaqla, bir sıra məsələlər ətrafında müzakirələr aparıblar.

XS
SM
MD
LG