Accessibility links

Özbəkistanda parlament seçkiləri keçirilir


Özbəkistanda parlament seçkiləri keçirilir. Səsvermədə yarışan partiyaların hamısı ölkənin uzun müddətli prezidenti İslam Kərimovun tərəfdarlarıdır. Dörd hökumətpərəst partiya Özbəkistanın aşağı qanunverici palatasında 135 yer uğrunda mübarizə aparır. Əlavə 15 yer ətraf mühiti mühafizə qrupuna qabaqcadan ayrılıb. Özbəkistanda müxalifət partiyaları rəsmən qeydə alınmayıb. Beynəlxalq insan haqları qrupları Kərimovun hökumətini dünyada ən repressiv rejimlərdən biri kimi qiymətləndirir. Özbəkistanın insan hüquqları uzrə göstəricilərinə adətən tənqidi münasibət bəsləyən Qərb dövlətləri rəsmi Daşkəndin NATO-nun Əfqanıstandakı müharibəsinə dəstəyini aradıqları bir zamanda parlament seçkiləri ilə bağlı şərh verməyiblər.
XS
SM
MD
LG