Accessibility links

Qırğızıstanın sabiq müdafiə naziri 8 il müddətinə həbs cəzasına məhkum edilib


Qırğızıstan rəsmilərinin bildiryinə görə, 2008-ci ildəmüdafiə naziri vəzifəsindən istefa verərək, müxalifətə qoşulan İsmayıl İsakov 8 il müddətinə həbs cəzasına məhkum edilib. Karrupsiya ittihamı ilə üzləşən sabiq müdafiə naziri bu ittihamı rədd edərək,siyasi motivlər əsasında həbs edildiyini deyib.

Son bir ildir ki, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevinsan haqlarını müdafə qrupları tərəfindən hakimiyyəti bütövlüklə öz əlinə almaq vətəngidçiləri susdurmaqda ittiham edilir.

Keçən ay Birləşmiş Ştatlar da bu ölkədə son vaxtlar jurnalistlərə qarşı hücumlara görə öz narahatlığını bildirmişdi. Birləşmiş Ştatların Bişkekdəki səfirliyi məşhur müxalifət jurnalisti Gennadi Pavlyukun altı mərtəbəlibinadan atılaraq qətlə yetirildiyindən sonra Qırğızıstan rəsmilərini bu məsələyə diqqət yetirməyə çağırmışdı.


XS
SM
MD
LG