Accessibility links

BMT Şimali Koreyaya yüksək səviyyəli diplomatını göndərir


BMT Şimali Koreyaya yüksək səviyyəli diplomatın göndəriləcəyini bildirib. Baş katibin siyasi məsələlər üzrə müavini Linn Pasko fevralın 9-dan 12-ə qədər Şimali Koreyada olacaq. O, BMT-nin Baş katibi Ban Ki Munun xüsusi nümayəndəsi kimi ölkəyə səfər edəcək.

BMT-nin açıqladığı bəyanatda deyilir ki, Pasko Şimali Koreya rəsmilərilə görüşəcək və qarşılıqçı maraq və narahatlıq doğuran məsələləri müzakirə edəcək.

Koreya yarımadasında gərginliyin artdığı müşahidə olunur. Keçən həftə Şimali Koreya Sarı dənizdə üç gün bir-birnin ardınca mübahisəli sərhəddə atəş aşmışdır. Cənubi koreyalılar buna cavab olaraq xəbərdarlıq atəşi açmalı olmuşlar.

XS
SM
MD
LG