Çin İranın nüvə proqramına görə bu ölkəyə qarşı sanksiyaların həyata keçirilməsi barədə müzakirələrin situasiyanı və diplomatik cəhdləri daha da mürəkkəbləşdirə biləcəyini deyib. Fransada səfərdə olan Çinin xarici işlər naziri Yanq Jieçi bu gün deyib ki, sanksiyalarla hədə İranla diplomatik razılığın əldə ediləməsi səylərinə mənfi təsir edir.
Qərb BMT-ni İranı nüvə ambisiyaları
ilə bağlı müzakirələrə qatılmağa məcbur
etmək üçün ona qarşı dördüncü qrup sankiyalar həyata keçirməyə çağırır.
İran prezidenti
Mahmud Əhmədinejadın BMT-nin İranın uranı xaricdə zənginləşdirmək təklifi
istiqamətindəki bəyanatına dünya dövlətləri ehtiyatla yanaşır. ABŞ rəsmiləri bildiriblər ki, İran prezidentinin
bəyanatının İranın mövqeyində dəyişikliyi əks etdirib-etdirməməsi hələlik aydın deyil.