Accessibility links

BMT-nin xüsusi nümayəndəsi Şimali Koreyadadır


BMT-nin xüsusi nümayəndəsi nüvə tərksilahına dair danışıqları bərpa etmək məqsədilə Şimali Koreyaya səfər edib.

BMT Baş katibinin siyasi məsələlər üzrə baş müşaviri Lin Pasko 2004-cü ildən sonra Pxenyana səfər etmiş ən yüksək səviyyəli BMT rəsmisidir.

Bundan öncə bu gün Şimali Koreyanın nüvə məsələləri üzrə baş müzakirəçisi Kim Kye Qvan Pekinə səfər etmişdir. O, səfərini Çin rəsmiləri Pxenyana səfərlərini başa çatdırdıqdan sonra edir.

Çinin rəsmi Çinxua agenliyinin verdiyi məlumata görə, Çin rəsmilərilə görüş zamanı Şimali Koreya lideri Kim Yonq İl Pxenyanın nüvə silahından azad Koreya yarımdasının mövcudluğu məsələsində əzmkarlığını bir daha dilə gətirib.

XS
SM
MD
LG